AZ

Makron qorxu içində - Şoltsa niyə zəng etdi?

Fransa Prezidenti Emmanuel Makron Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olsa da, təşviş içindədir. Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib.

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Makron Şoltsla yeni durumu müzakirə edərkən "suveren Avropa" ideyasının reallaşdırılması vacibliyindən danışıb:

"Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-ın siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır. "Faynənşl Tayms" dərgisinə görə, Avropa Birliyinin bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu, əsassız deyil. Tramp böyük ehtimalla, keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq:

"Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq".

Makrona gəldikdə, Parisin "suveren Avropa" ideyası yeni deyil. Bunu Fransanın keçmiş liderləri də reallaşdırmaq istəyiblər, ancaq heç bir nəticə əldə etməyiblər. Çünki Fransadan başqa digər Avropa dövlətləri "suveren Avropa" ideyasına inanmır. ABŞ olmasaydı, Avropanın az qala mərkəzində - Bosniyada müharibəni dayandırmaq mümkün olmayacaqdı. Elə Ukraynaya ən böyük maliyyə və hərbi-siyasi dəstək "suveren Avropadan" deyil, ABŞ-dan gəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
7
olaylar.az

8Mənbələr