Bakı. Trend:
Tibbi yardımın göstrilməsi haqqında müqavilələri əslində MülkiMəcəllədə öz əksini tapan Tapşırıq Müqavilələrin bir növüdür.Tapşırıq müqaviləsinə görə isə tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və yadigər xidmətləri icra etməyi öhdəsinə götürür.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqamHacıyev açıqlayıb.
Onun sözlərinə görə, tibbi müqavilə də öz növbəsində tibbixidmətlərin göstərilməsinə yönələn müqavilədir:
“Qanunvericiliyə baxsaq, tibbi müqavilə anlayışı “Özəl tibbifəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksinitapıb. Həmin qanunun 7-ci maddəsi “Tibbi yardım göstərilməsi barədəmüqavilə” adlanır və orda qeyd edilir ki, özəl tibb müəssisəsitərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımınnövlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Yəni,tibbi xidmət müqaviləsində hansı tibbi xidmətin göstəriləcəyi vəhəmin xidmətin dəyəri və digər əsas şərtləri tənzimlənir”.
İ.Hacıyev bildirib ki, tibbi xidmət müqaviləsinin mövcud olmasıhəkimin və ya klinikanın məsuliyyətdən kənar qalması anlamınagəlmir. Çünki müqavilə olsa da belə, əgər həkim səhvi varsa, hərbir halda məsuliyyət də var.