AZ

"Heç nəyi ərimdən gizlətmirəm, məşhur aparıcı da sevgi mesajı yazıb" - FOTO

"Mən heç nəyi yoldaşımdan gizlətmirəm, iki balamın canı".

Ölkə.az parol.az-a istinadən xəbər verir ki, müğənni Təranənin qızı Qumral MTV telekanalında qonaq olduğu verlişdə deyib.

Qumral ona yazılan çoxsaylı təklif və sevgi mesajlarını da həyat yoldaşından gizlətmədiyini açıq etiraf edib. Gənc ifaçı hətta ona "padxod" edənlər arasında adını açıqlamadığı məşhur aparıcının da olduğuna işarə edib:

"Yoldaşıma deyirəm, buna bax e, özünü ağıllı hesab edir. Dünən filankəslə efirə çıxmışam və yaxud hər hansı aparıcı məni çağırıb, elə bilir ki, mən verlişə görə şirinlik edəcəm. Xoşlamıram, hər şeyin öz yeri, hər şeyin öz çərçivəsi, həddi var. Mənə heç kim "ürəyim" deyə bilməz. Çünki ürək metro deyil ki, hər kəsə deyilsin. Ürək bir dənə olur, o da bir nəfərə məxsusdur. Mən elə insanları qeyri-səmimi hesab edirəm".

Seçilən
53
39
olke.az

10Mənbələr