AZ

Rusiyada işçiləri daşıyan avtobus AŞDI – 18 nəfər YARALANDI – VİDEO

Rusiyada işçiləri daşıyan avtobus aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, Krasnoyarsk diyarında işçiləri daşıyan avtobus sürücünün çətin hava şəraitində sürət həddini səhv seçməsi səbəbindən magistral yolda aşıb.

Qəza cümə axşamı baş verib. İçəridə 36 nəfər olub, 18 nəfər yaralanıb. Bütün sərnişinlər və sürücü “Sibaqro” donuz fermasının işçiləridir.

İstintaq Komitəsinin regional qərargahı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı iş açıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr