AZ

İranlı ekspertlər İrəvanda Qarabağdan danışdılar

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan İrəvana səfər edən İranın beyin mərkəzlərinin ekspertləri ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Miran Press” Teleqram kanalı yazıb.

“Dünəndən Ermənistanda olan İranın ekspertləri və siyasi elm mərkəzlərinin nümayəndələri Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanla görüşüb söhbət ediblər. Bu söhbət ikitərəfli iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin inkişafı və bəzi qonşuların fəaliyyəti, Qarabağ, Bakı ilə sülh danışıqları və iki ölkə arasında dəhliz əməkdaşlığı haqqında olub”, - deyə kanalın məlumatında yazılıb.

Seçilən
17
1
axar.az

2Mənbələr