Ermənistanın sabiq prezidenti Robert Köçəryan dünən öz komandası, eləcə də “Hayastan” blokunun parlament fraksiyasını toplayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, bir neçə saat davam edən görüş alyansın mərkəzi ofisində baş tutub, axşam saatlarına qədər davam edib.
“Bəli, blokun lideri, ikinci prezident Robert Köçəryanın rəhbərliyi ilə fraksiyanın iclası keçirilib. Biz həm daxili siyasi məsələləri, həm də mümkün geosiyasi hadisələri və bunların region və Ermənistana təsirini müzakirə etdik”, - deputat Aqnesa Xamoyan bildirib.
Müəllif: Mənsur Rəğbətoğlu