VIB-UGent İltihab Araşdırma Mərkəzinin alimləri müəyyən ediblər ki, bağırsaq bakteriyası "pks+ E. coli" genotoksin kolibaktini yarada bilir. O, insan DNT-sini zədələyir və xərçəng riskini xeyli artırır. Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Qeyd edilib ki, əslində alimlər çoxdan bilirdilər ki, E. coli (Escherichia coli) kolon xərçəngi riskinin artmasında rol oynayır.. Xüsusilə kolon xərçəngi olan xəstələrdə bu virusa tez-tez rast gəlinib.
Tədqiqatçılar bu bakteriyanın hüceyrə xətlərindəki davranışını öyrənərkən onun bağırsaq mukozasına yapışmaq üçün "pili" adlanan xüsusi protein strukturlarından istifadə etdiyini aşkar ediblər: "Bu pililərin uclarında adhezinlər (struktur zülallar) FimH və FmlH var ki, bu da bakteriyaların bağırsaq epitel hüceyrələrinə bağlanmasına və genotoksin kolibaktini buraxmasına imkan verir. Məlum proses isə mutasiyalara. DNT-nin zədələnməsinə və şiş böyüməsinə səbəb olur".
Tural