AZ

Dövlət Agentliyinin rəisi AEBA-nın tədbirində iştirak edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşəbbüsü ilə 4-7 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “AEBA-nın 20 illik əsas ictimai tədbirlərə dəstəyindən əldə edilmiş təcrübələrə dair” adlı texniki görüş keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev və həmin qurumun Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova iştirak ediblər.

Görüş nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunmasına məsul qurumların əməkdaşlarının nüvə və radiasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərinin artırılması, radiasiyaaşkarlayıcı cihazların istifadəsi və nəticələrin təhlili, radioloji təhdidlərin aşkarlanması zamanı əlaqələndirmənin təşkili üzrə AEBA-nın 20 il ərzində dəstək verdiyi dövlətlər arasında təcrübə mübadiləsi məqsədilə keçirilib.

Qeyd edilib ki, texniki görüşün kütləvi tədbirlər zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsində qazanılmış təcrübələrin mübadiləsi üzrə plenar sessiyalarına NRFTDA-nın rəisi Nicat Əliyev başçılıq edib.

Seçilən
2
1
apa.az

2Mənbələr