AZ

Üç liderdən Gürcüstana şərt: “Bu addım atılmadıqca...”

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və Polşa Baş naziri Donald Tusk Gürcüstandakı mövcud siyasi vəziyyətlə bağlı birgə bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, liderlər bəyanatda Gürcüstanın Avropa Birliyinə (AB) üzvlüyü ilə bağlı şərtləri sadalayıblar.

“Gürcüstan hazırkı kursunu dəyişməyincə və nəzərəçarpacaq islahatlar baxımından səy göstərməyincə, xüsusən də Avropa dəyərləri və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürməyincə, biz AB-yə üzvlüklə bağlı danışıqların başlanmasını dəstəkləyə bilməyəcəyik”, - bəyanatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
9
teleqraf.com

1Mənbələr