8 Noyabr Zəfər Günü Azərbaycan xalqının şanlı, qürurverici tarixidir.
27 sentyabr 2020-ci ilin payızında baş verən Vətən müharibəsində Azərbaycan ordusu sürətli əks-hücumla 30 il Ermənistan işğalında olan tarixi torpaqlarımızı 44 gün müddətində azad etdi.
Bu müharibədə Azərbaycan xalqı və ordusu tarixi birlik və əzm nümunəsi göstərdi.
Zəfər günün 8 noyabr 2020-cildə Azərbaycanın tarixi mərkəzlərindən biri olan Şuşa şəhərinin ordumuz tərəfindən azad edildiyi gün qeyd edilməsi heç də təsadüfi deyil.
Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, milli kimliyinin simvolu və Qarabağın mirvarisidir
Şəhərin azad olunması həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Şuşanın işğaldan azad edilməsi, müharibənin gedişatında həlledici dönüş nöqtəsi oldu və Azərbaycan Ordusunun qəti qələbəsinə zəmin yaratdı.
Bu gün hər il vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsini anmaq və qazilərə ehtiram göstərmək üçün qeyd edilir.
Zəfər Günü Azərbaycan xalqının qələbəsini, milli birliyini və torpaqlarına olan sədaqətini simvolizə edən şərəfli bir gündür.
Bu gün münasibətilə xalqımızı və Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günün sevincini bizə yaşadan şəhidlərimiz, müharibə iştirakçılarımız, qazilərimiz, əsgər və zabitlərimizdir.
Razi Nurullayev
Milli Məclisin deputatı