AZ

Yunanıstanla münasibətlərdə irəliləyiş müsbətdir - Hakan Fidan

Bakı, TurkicWorld

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Türkiyə ilə Yunanıstan arasında mövcud olan müsbət dəyişiklikləri qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Fidan, noyabrın 8-də Afinaya etdiyi rəsmi səfər zamanı verdiyi müsahibəsində, iki ölkə arasındakı münasibətlərdə son iki ildə müsbət bir irəliləyiş olduğunu qeyd edib.

O, gələcək nəsillərin təhlükəsizliyi və rifahı üçün dialoq və əməkdaşlıqdan başqa yol görmədiyini vurğulayıb. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin problemlərin həlli üçün bir rəhbər olduğunu qeyd edərək, tərəflərin qarşılıqlı anlaşmaya daha yaxın ola biləcəyini ifadə edib.

Bu müsbət dəyişikliklərin əsas səbəbinin hər iki ölkənin liderlərinin qətiyyəti və son seçkilərdə əldə etdikləri geniş dəstək olduğunu söyləyib. Hakan Fidan, həmçinin qeyd edib ki, hər iki lider bu siyasi gücü, iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək üçün istifadə etmək əzmindədirlər.

Fidan, Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq böhranlarda birlik və həmrəyliklə hərəkət etmə vizyonunu vurğulayıb və bu yanaşmanın, Egey Dənizini sülh dənizinə çevirmə məqsədini daşıdığını qeyd edib.

Fidan, həmçinin Türkiyə və Yunanıstan arasındakı yaxınlaşmanı tənqid edənlərə cavab verərək, hər iki ölkənin milli maraqlarının yalnız dostluq və əməkdaşlıqla təmin oluna biləcəyini bildirib.

O, bu münasibətləri inkişaf etdirərkən, realist bir yanaşma ilə problemlərin düzgün diaqnoz edilməsinin vacib olduğunu qeyd edib.

Fidanın sözlərinə görə, bu istiqamətdə atılacaq addımlar hər iki ölkə üçün də faydalı olacaq və yalnız qarşılıqlı etimad və əməkdaşlıqla daha sağlam bir gələcək təmin edilə bilər.

Seçilən
6
turkic.world

1Mənbələr