AZ

İrəvanın hərbi alışları heç kimə qarşı yönəlməyib - Ermənistan XİN

“Ermənistanın hərbi alışları ölkənin müdafiə qabiliyyətini artırmaq üçün edilir”.

Missiya.Az "Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

"Ermənistanın hərbi alışları ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədi ilə həyata keçirilir və bu, heç kimə qarşı yönəlməyib", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Ermənistan son vaxtlar sürətlə silahlanır və əsasən hərbi texniklar Fransa ilə Hindistandan bu ölkəyə gətirilir. Bu isə Ermənistan hökümətinin sülh müqaviləsini imzalamaqda yox, regionda yeni eskalasiya yaratmaqda olduğunu ortaya qoymuş olur.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr