Saatlı rayonunda 2005-ci il təvəllüdlü Murad xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib – red.) təcavüz edib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Murad 29 noyabr 2021-ci ildə babasının evinə qonaq gəlib. Həmin gün saat 12 radələrində qonaq kimi müvəqqəti qaldığı babası Xalidə məxsus Saatlı rayonunun kəndi ərazisindəki evdə 2012-ci il təvəllüdlü xalası qızı Ləmanla zorla cinsi əlaqədə olmaq və ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib.
Cinsi ehtirasını təbii və qeyri-təbii yolla təmin etmək məqsədi ilə Ləmanın olduğu otağa daxil olub. Onu qorxudaraq köməksiz vəziyyətindən istifadə edib, qeyri-təbii yolla cinsi əlaqədə olub, ona seksual xarakterli digər zorakılıq hərəkətləri edib.
Murad cinayətkar niyyətini davam etdirərək Ləmanla zorla təbii yolla cinsi əlaqəyə girməyə cəhd edib. Qohumun otağa daxil olmasından sonra Murad niyyətini sonadək həyata keçirə bilməyib.
İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 29,149.3.3 (on dörd yaşına çatmayan şəxso zorlamağa cəhd) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Ləmanla cinsi əlaqədə olmayıb, ona toxunmayıb, polis əməkdaşları tərəfindən yazılmış ifadələrinə onlardan qorxduğu üçün imza edib. O, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
İbtidai istintaq zamanı ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, xalası Nailənin qızı Ləmanla 29 noyabr 2021-ci ildə saat 12 radələrində Saatlı rayonunun kəndində onların evində olarkən televizor otağında olan xalçanın üzərində təbii və qeyri-tibbi yolla cinsi əlaqədə olub:
“Ləmanla cinsi əlaqədə olan zaman ona zor tətbiq etməmişəm. Onunla öz istəyi ilə cinsi əlaqədə olmuşam. Hadisə vaxtı Ləman mənə heç bir müqavimət göstərməyib. Eləcə də mən Ləmana hər hansı bir xəsarət yetirməmişəm. Ləmanın mənim tərəfimdən zorlanması ilə bağlı ifadəsində göstərdiklərinin hamısı yalandır. Belə bir şey olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, Murad onun xalası oğludur: “Murad bizə qonaq gəldi. Bizdə olan gün mənimlə bir yerdə televizor otağındakı xalçanın üzərində uzandıq. Sonra Murad öz paltarını və mənim paltarımı çıxararaq başımdan tutdu. Bu vəziyyətdə məni yerə sıxaraq zorla cinsi əlaqədə oldu. Həmin vaxt Murad məni incitdi. Bərk qışqıraraq məndən əl çəkməyini dedim. Murad çox güclü idi”.