“Barselona”nın müdafiəçisi Pau Kubarsi ciddi zədə alıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yşlı futbolçu Çempionlar Liqasının 4-cü turunda “Srvena Zvezda” ilə keçirilən görüşdə (5:2) üzündən xəsarət alıb.
Oyunun 65-ci dəqiqəsində rəqib futbolçusu top uğrunda mübarizə zamanı Kubarisinin üzünə təpiklə vurub. Üzündən qan axan futbolçu dərhal əvəzlənib. Xəstəxanaya aparılan gənc oyunçunun üzünə 10 tikiş vurulub.