AZ

Əfqanıstanda tiryək istehsalı 19 faiz artıbBMT

“Taliban” hərəkatı tərəfindən qoyulan qadağaya baxmayaraq, 2024-cü ildə Əfqanıstanda tiryək istehsalı 19 faiz artıb.

u barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatında deyilir.

Tiryək istehsalında artım 2023-cü ildə qeydə alınan 95 faiz azalmadan sonra baş verib. Buna baxmayaraq, istehsalın hazırkı səviyyəsi 2022-ci il səviyyəsindən xeyli aşağıdır.

Hesabatda xaşxaş becərilməsində nəzərəçarpacaq coğBrafi dəyişikliyin baş verdiyi qeyd olunur. Əfqanıstanın cənub-qərbi ənənəvi tiryək mərkəzi sayılsa da, bu il istehsalın 59 faizi ölkənin şimal-şərq əyalətlərinin payına düşüb.

Qurumun məlumatına görə, tiryək istehsalının canlanmasına səbəb olan amillərdən biri fermerlərin üzləşdiyi çətinliklərlə bağlıdır. Eyni zamanda, yüksək qiymətlər və azalan tədarük fermerləri ənənəvi becərmə mərkəzlərindən kənarda qadağanı pozmağa vadar edir.

“Əfqanıstan əhalisi ağır maliyyə və humanitar problemlərlə üzləşib və onların alternativ dolanışıq vasitələrinə kəskin ehtiyacı var”, – deyə hesabatda bildirilir.

Seçilən
6
azpost.info

1Mənbələr