AZ

Polis rəisi şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı


 Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev noyabrın 6-da şəhərdəki 1 saylı  tam orta məktəbdə şagirdlərlə görüşüb. Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
 
 

Seçilən
35
7news.az

1Mənbələr