AZ

Baydenin iqlim siyasətindəki FIRILDAQ – ABŞ Paris sazişini yenidən TƏRK EDİR?

“Tramp bu istiqamətdə addımların atılması üçün şirnikləndirilə bilər”.

Yenicag.az xəbər verir ki, bunu Donald Trampın ABŞ-nin yenidən prezidenti seçilməsinin iqlimlə bağlı hansı dəyişikliklərə səbəb olacağından danışan professor Kris Hilson deyib.

Onun sözlərinə görə, Trampın yenidən seçilməsi ilə iqlimlə bağlı sürprizlərlə qarşılaşa bilərik.

“Beynəlxalq miqyasda Trampın ABŞ-ni ikinci dəfə Paris sazişindən çıxarması ehtimalı çoxdur. Lakin bu addım beynəlxalq diplomatiya baxımından əvvəlki kimi təsir göstərməyəcək. Digər ölkələr öz yoluna ABŞ olmadan da davam edəcək”.

“ABŞ-nin iqlim problemi hələ də qlobal bütövlükdə böyük hissəni təşkil edir. Buna görə də onun iqlimlə bağlı görəcəyi işlər vacibdir. Bayden administrasiyası özünü iqlim üzrə mələk adlandırırdı. Lakin fırıldaqları sürətlə davam etdi və LNG ixracı (zərərli tullantı – red.) rekord həddə çatdı. Tramp bu istiqamətdə addımların atılması üçün şirnikləndirilə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Seçilən
24
yenicag.az

1Mənbələr