"Real"ın hücumçusu Kilian Mbappe meydandakı mövqeyindən narazıdır.
QOL.az xəbər verir ki, bu brədə sport.es məlumat yayıb.
Fransalı forvard mərkəzində oynamağı sevmir. O, hücumun cinahlarında istifadə olunsaydı, daha faydalı olacağına əmindir.
Mbappe komandası üçün kifayət qədər qol vura bilməməsinin səbəbini bunda görür. O, baş məşqçi Karlo Ançelottidən narazıdır.
Digər tərəfən futbolçunun meydanda qeyri-aktivliyi Karlo Ançelottinin və ümumilikdə klubun üzərində təzyiqi daha da artırır.
Xatırladaq ki, Mbappe bu yay Madrid klubuna keçib. Fransalı futbolçu cari mövsümdə 15 oyunda 8 qol vurub, 2 qolun ötürməsini verib.