AZ

Suzuki Trampın Ukrayna müharibəsinə son qoyacağını gözləyir

Yaponiya parlamentinin üzvü Muneo Suzuki diqqət çəkən fikirlər səsləndirib. Rusiya mediasının yaydığı məlumata görə, o, etiraf edib ki,  ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya əlavə maliyyə vəsaiti ayırmaqdan imtina etməsini və münaqişənin həlli üçün tədbirlər görəcəyini gözləyir. 

Yaponiyalı qanunverici qeyd edib ki, rəsmi Kiyev Moskvaya təkbaşına müqavimət göstərmək iqtidarında deyil.

“ABŞ Ukraynaya silah və pul göndərməyi dayandırsa, müharibə başa çatacaq”, -o əlavə edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
27
news365.az

1Mənbələr