AZ

Dünya ikincisi olan türk mühəndisin faciəli sonu - FOTO / VİDEO

Türkiyəli gənc mühəndis Ecem Sultan Çamlı İstanbula işə gedərkən qəzaya uğrayıb və həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Qeyd olunur ki, DASAL Aerospace Technologies-də sistem mühəndisi işləyən 28 yaşlı Çamlı skuterinin Pendikdə TIR-a çırpılması nəticəsində ağır xəsarətlər alıb.

Balıkəsir Universitetinin məzunu olan gənc mühəndisi aparıldığı xəstəxanada bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb. Yük maşınının sürücüsü saxlanılıb.

Ebabil Elm və Texnologiya Dərnəyinin qurucusu və prezidenti olan Çamlı Balıkəsirdə dəfn ediləcək.

Qeyd edək ki, türkiyəli mühəndis 12 yaşında atomlar üzərindəki işi ilə dünya ikincisi olmuşdu. Çamlı Türkiyənin müdafiə sənayesi sahəsində inkişafına töhfə verməyi hədəfləyirdi.

Ən son qatıldığı SAHA EXPO 2024 sərgisində inkişaf etdirdiyi təyyarə modelini sərgiləyən Çamlı sosial media hesabındakı paylaşımında "Türkiyənin gücünü artırmağa çalışırıq" deyə qeyd etmişdi.


Kübra Şahin, BakuPost
Seçilən
20
bakupost.az

1Mənbələr