AZ

Dini liderlər Xankəndidə olublar - FOTOLAR

Xəbər verdiyimiz kimi noyabrın 5 və 6-da COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti keçirilib. İkigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak ediblər.

Sammmit çərçivəsində "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclas keçirilib.

Plenar iclasda "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır" mövzuları üzrə çıxışlar səsləndirilib, müzakirələr aparılıb.

Bununla da Sammitin ilk günü işini yekunlaşdırıb.

News365.az xəbər verir ki, bu günsə Sammit  iştirakçıları Qarabağa və Şərqi Zəngəzura səfər ediblər. Qonaqlar əvvəlcə Ağdamda olub, buradakı məsciddə namaz qılıb, dualar ediblər. Daha sonra onlar Xankəndinə gəliblər. Şəhərin bu günü, aparılan quruculuq işləri ilə tanış olublar.

News365.az 

Seçilən
10
news365.az

1Mənbələr