AZ

Makron, Tusk və Scholz Gürcüstanla bağlı birgə bəyanat yayıblar

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk Gürcüstandakı mövcud siyasi vəziyyətlə bağlı birgə bəyanatla çıxış ediblər.

"Gürcüstan hazırkı kursunu dəyişməyincə və nəzərəçarpacaq islahatlar baxımından səy göstərməyincə, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürməyincə, biz Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasını dəstəkləyə bilməyəcəyik". bəyanatda deyilir.

Üç liderin bəyanatı 50-yə yaxın avropalı liderin cümə axşamı və cümə günləri Budapeştdə Ukraynaya yardım, miqrasiya, iqtisadi təhlükəsizlik və AB-nin rəqabət qabiliyyətinin aşağı düşməsini müzakirə etmək üçün bir araya gələcəkləri xəbərindən sonra verilib.
 
Aytac 

www.anews.az
Seçilən
7
anews.az

1Mənbələr