Azərbaycanda bəzi insanlar, “psevdo-liberal” çevrədə fırlananlar Qərbdəki “həmkarlarından” ciddi fərqlənmirlər – dayaz düşüncə və arqumentsizlik açıq görünür, 1-ci sualdaca ilişirlər.
Onların “arqumentlərindəndən” biri odur ki, Tranp Putinin adamıdır, Rusiyaya işləyir, onun 2016-da prezident olmasında, indi yenidən seçilməsində Putinin ciddi rolu, dəstəyi var. Onlara sual verirsən ki, xub, bəs sübutunuz nədir – cavab gəlmir, sadəcə israr edirlər.
İşin tragikomik tərəfi budur ki, Qərbdə və buradakı o çevrənin nümayəndələri israrla, “Paşinyan Qərbpərəstdir, ona halaldır, bütün basqılara rəğmən dözür, hətta Putun Azərbaycanın əli ilə də basqı qurub onu dəyişmək istəyir, amma alınmır”, və ya, eyni kafada olanlar bir neçə gün öncə dedilər ki, “Sanduya halaldır, Moldova dözdü, Putinə təslim olmadı, Putin öz adamını gətirə bilmədi” – bilmirsən bütün bunlara güləsən, ya ağlıyasan. Bu dar düşüncəli insanların “məntiqinə” görə, göbəyindən hər sahədə Rusiyaya tam bağlı olan, rus pulu ilə dolanan, Rusiyaya sanksiyalardan yan keçməyə tam dəstək olan Ermənistanda Putin öz adamını gətirə bilmir, bunu bacarmır, amma ABŞ kimi ölkədə öz adamı olan Trampı hakimiyyətə gətirir, eləmi?! Qulağının dibində olan Moldovada siyasi partiyaları, mediası, dayaqları olan Rusiya Sanduya qalib gələ bilmir, bacarmır, amma Trampa dəstək olub Harrisi hakimiyyətə gəlməyə qoymur – budur “məntiq”?!
Respublikaçıların Demokratları Senat və Nümayəndələr Palatasında, Qubernatorların yarışında da ağır məğlubiyyətə uğratmasının bircə səbəbi var – insan dəyərlərinə, ruhuna zidd olan “woke”-izmə nifrət, bu psevdo-ideologiyanın cəmiyyət tərəfindən rədd edilməsidir. Və bu yaxşıdır, Dünyaya bu uçurumdan aralanmaq üçün şans yaradır...
Natiq Cəfərli
visiontv.az