“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, serb tennisçi Novak Cokoviç UEFA Çempionlar Liqasının 4-cü turunda “Srvena Zvezda” ilə “Barselona”nın qarşılaşdığı matça qatılıb.
Komandalar Belqraddakı “Rayko Mitiç” stadionunda qarşılaşıblar. “Barselona” Serbiya klubunu 5:2 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Novak Cokoviç bir neçə gün əvvəl ilin yekun turnirində iştirakdan imtina etmişdi. Cokoviç ötənilki finalda dünyanın bir nömrəsi, italiyalı Yannik Sinnerə 6:3, 6:3 hesabı ilə qalib gələrək titul qazanmışdı.