Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Ən azından, səlahiyyətli bir nümayəndə, ya da köməkçisini də göndərə bilərdi. COP29 kimi mühüm bir tədbirdə iştirak etməmək həqiqətən də dünyanın problemlərinə etinasız yanaşmanın göstəricisidir və nəzərə almaq lazımdır ki, bu tədbirə Azərbaycan ev sahibliyi edir, tədbir BMT-nin tədbiridir və bir növ həm də Ursula fon der Layen və təmsil etdiyi qurum faktiki olaraq BMT-yə hörmətsizlik etmiş olur. Hesab edirəm, bu məsələlər unudulmamalıdır və əslində Ursula fon der Layen və təmsil etdiyi quruma ən azından iştirak etmədiyinə görə nəsə deyilməlidir. Təbii ki, bu seçim məsələsidir. Amma bütün hallarda onların bəşəriyyəti gözləyən problemləri müzakirə edən platformada iştirakından imtina edilməsi qəbuledilməz bir şeydir və heç bir bəhanə də keçərli sayılmır. Bizim üçün bunlar bəhanədən ibarətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31