Rusiyanın Altay diyarının sakini ondan hicabını çıxarmağı xahiş edən polis əməkdaşından şikayət edib. Qadın hicabı çıxarmayıb. Polis onu buna məcbur edə bilməyib.
Bakupost.az xəbər verir ki, bu barədə “Baza” bildirib.
Teleqram kanalının məlumatına görə, 52 yaşlı qadın Misir hicabı işə üzünü gizlədərək işə gedirmiş. Polis məmuru sənədləri göstərməyi və hicabı çıxarmağı tələb edib. O, bunun qanunla qadağan olunduğunu bildirib.
Qadın sənədini göstərsə də, hicabı çıxarmaqdan imtina edib. O, belə bir qanunun olmadığını, polisin ona etiraz edə bilməyəcəyini deyib.
Rusiyalı qadın polisin hərəkətini təhqir kimi dəyərləndirib və onun hərəkətlərinin yoxlanılması tələbi ilə polisə müraciət edib.
Bundan əvvəl Çeçenistan Müsəlmanları Ruhani İdarəsi sosial şəbəkələrdə yerli qadınların məcburi hicab taxması ilə bağlı yayılan məlumatı saxta adlandırmışdı.
Zaur, BakuPost