AZ

3 il ərzində ögey qızını CİNSİ İSTİSMAR ETDİ

Başqırdıstanda 54 yaşlı yerli sakin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərə görə cəzalandırılıb. 

News24.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının birgə mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, həmin şəxs zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək 2020-ci ildən 2023-cü ilə kimi 3 il ərzində, o cümlədən biri azyaşlılara qarşı bir neçə cinayət törədib. Təqsirləndirilən şəxs əvvəllər də oxşar cinayətlərə görə məhkum olunub.

Respublika Ali Məhkəməsi onu 18 il müddətinə azadlıqdan məhrum edib. Cəzasını çəkdikdən sonra ona 15 il uşaqlarla bağlı təşkilatlarda işləmək qadağan edilib.

“Bashinform” nəşrinin məlumatına görə, pedofilin qurbanları ögey qızı və onun dostudur.

Məryəm İlhamqızı


Seçilən
17
news24.az

1Mənbələr