Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham ƏliyevAzərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsihaqqında fərman imzalayıb.
Trend xəbər verir ki, yeniyaradılan Holdinqin nizamnamə fondu 10 000 000 (on milyon) manatdırvə Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindənödənilən vəsait hesabına formalaşır.
Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləriaşağıdakı mənbələrdən maliyyələşdirilir:
idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqəödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə AzərbaycanRespublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə vəqaydada);
qanunla qadağan olunmayan digər mənbələrdən.