AZ

Millinin baş məşqçisi İtaliya futbolunun Şöhrət Zalına daxil ediləcək

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti İtaliya futbolunun Şöhrət Zalına daxil ediləcək.

"Far.Az" xəbər verir ki, 65 yaşlı mütəxəssisin namizədliyi ölkənin aparıcı idman nəşrləri və televizyalarının baş redaktorları tərəfindən irəli sürülüb.

Qeyd edək ki, L.Spaletti ötən ildən yığmaya rəhbərlik edir. O, baş məşqçi karyerasında "Roma", "İnter" və "Napoli" kimi klubları çalışdırıb.

Seçilən
14
far.az

1Mənbələr