Avropa Birliyi ölkələrinin bu qış qaz təchizatında fasilələr yarana bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu, qlobal enerji bazarlarının qeyri-sabitliyi ilə bağlıdır.
Məlumata görə, Avropanın qaz anbarları indi doludur, lakin bir neçə tədarükün kəsilməsi işlərin sıradan çıxmasına səbəb ola bilər.
Həmçinin vurğulanır ki, 2024-cü ilin sonunda Rusiya yanacaq tranziti sazişinin müddəti başa çatdıqdan sonra Ukrayna ərazisindən keçməklə Avropaya boru kəməri qazının nəqlinin mümkün dayandırılması da vəziyyətin mürəkkəbləşib.
Müəllif: Arzu