AZ

"Bizə kifayət qədər silah lazımdır, danışıqlarda dəstəyə yox"

Ukrayna prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində çıxışı zamanı bildirib ki, Kiyev Moskva ilə danışıqların təşkilində müttəfiqlərindən kömək istəmir, lakin danışıqların nə vaxt başlayacağına özü qərar vermək niyyətindədir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS məlumat yayıb.

 

"Bizə kifayət qədər silah lazımdır, danışıqlarda dəstəyə yox", deyə o bildirib.

O qeyd edib ki, “münaqişənin sona çatması üçün gündəmdə nə olub-olmayacağına yalnız Ukraynanın özü qərar verməlidir”.

Zelenski xatırladıb ki, Kiyev “sülh formulu” hazırlayıb və onun həyata keçirilməsi üzərində işi davam etdirmək niyyətindədir.

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin sammitdə çıxış edərək bildirib ki, Ukraynadakı münaqişənin uzanması diplomatiya üçün getdikcə daha az imkan yaradır. Eyni zamanda, o, bu münaqişənin yaratdığı neqativliyin “hər gün daha da pisləşdiyini” bildirib.

Putin daha əvvəl Rusiyanın Ukrayna ilə bağlı hansı razılaşmalara hazır olduğunu bildirmişdi.

 

Miri

 

Seçilən
51
oxu24.com

1Mənbələr