“8 Noyabr – Zəfər Günü” ilə əlaqədar Şahmat idman növü üzrə yarış keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin və Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar şagirdlər arasında şahmat idman növü üzrə yarışlar keçirilib.
Noyabrın 7-də şahmat yarışlarının final mərhələsi olub və qaliblərin adına aydınlıq gətirilib. Saatlı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binasında baş tutmuş final mərhələsində rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov iştirak edib. İcra başçısı tədbirdə çıxış edərək sabah Azərbaycanın bütün ərazisində sevinc və qürurla qeyd ediləcək Zəfər Günü münasibətilə yarış iştirakçılarını və təşkilatçıları təbrik edib. O bildirib ki, 44 günlük Vətən müharibəsində bizə qələbə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik: “Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdılar. Sözsüz ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu”.
İcra başısı sağlam, vətənpərvər gənclərin yetişməsində idmanın əhəmiyyətinə toxunub, ölkəmizdə bu sahəyə ən ali səviyyədə xüsusi diqqət ayrıldığını bildirib. Və ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edən idman növləri arasında şahmatın da önəmli yer tutduğunu qeyd edib. O, Zəfər Günü ilə əlaqədar şagirdlər arasında keçirilmiş şahmat idman növü üzrə yarışın qaliblərini – A qrupu üzrə I yer Heydərli Sənan İlham oğlu, II yer Əliyeva Zəhra Raqib qızı, III yer Qasımlı Nicat Zakir oğlu, B qrupu üzrə l yer Ramazanlı Hüseyn Xəqani oğlu, ll yer Həsənli Əbəlfəz Əbil oğlu, lll yer Sarıyev İbrahim Vüqar oğlu, C qrupu üzrə l yer Əzizli İbrahim Ruhid oğlu, ll yer Heydərli Nicat İlham oğlu, lll yer Hüseynov Nihat Rasim oğlu – təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra qaliblərə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tərəfindən rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim edilib.
*****
“8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş inşa-yazı və rəsm müsabiqələri keçirilib
Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Saatlı rayonu üzrə Təhsil sektorunun, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin və Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin tərəfdaşlığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar məktəblilər arasında 1 – 6 noyabr tarixlərində inşa-yazı, 29 oktyabr – 5 noyabr tarixlərində isə “Bütöv Azərbaycan gənclərin gözü ilə” rəsm müsbiqəsi keçirilib.
Noyabrın 7-də rayon icra hakimiyyətində müsabiqə qaliblərinin mükafatlandırma mərasimi düzənlənib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iştirak və çıxış edib. O, tədbir iştirakşılarını salamlayaraq bu günlərdə hər bir azərbaycanlının tarixi anlar yaşadığını diqqətə çatdırıb. 44-günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və igid oğullarımızın şücaəti sayəsində böyük Qələbəyə nail olunduğunu qeyd edən Elmir Bağırov, bu Zəfərin Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldığını bəyan edib: “Biz bu qələbəyə görə şəhidlərə, qazilərə, Vətənin qəhrəman oğullarına borcluyuq. Və onları hər zaman vətəndaşlıq borcu olaraq yaşatmalıyıq, əlbəttə, öz yazılarımızda, rəsmlərimizdə…”
İcra başçısı, eyni zamanda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil olunmuş inşa-yazı və rəsm müsabiqələrinin qaliblərini də təbrik edərək onlara uğurlar arzulayıb, təşkilatçılara öz təşəkkürünü bildirib.
Daha sonra müsabiqə qaliblərinin mükafatlandırılması olub. İcra başçısı Elmir Bağırov tərəfindən qaliblərə rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, inşa-yazı müsabiqəsi üzrə Zülfüqarov Rövşən Röyal oğlu I, Məhərrəmova Zəhra İxtiyar qızı və Əzizli Zəhra Elşad qızı isə müvafiq olaraq II və III yerin sahibi olublar. Rəsm müsabiqəsində isə ardıcıllıq bu cür olub: Kazımlı Xədicə Qismət qızı I, Zeynalzadə Adil Vüqar oğlu II və Yolçuzadə Röya Zamiq qızı III yer.