AZ

Cəlilabadda 9 ədəd ağac qanunsuz kəsilib

Cəlilabadda 9 ədəd ağac qanunsuz kəsilib.

Bakıvaxtı.az-ın məlumatına görə, aidiyyəti qurumlar tərəfindən şəhər ərazisinə baxış keçirilən zaman Qurtuluş prospekti Ələt-Astara magistral yolunun kənarında, avtomobillərə texniki xidmət sexlərinin qarşısında qanunsuz olaraq ağackəsmə halı müşahidə olunub.

Sözügedən əraziyə Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, bələdiyyənin, rayon polis şöbəsinin və 1 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən baxış keçirilib. Baxış keçirilən zaman 9 ədəd ağacın kəsilərək ərazidən aparıldığı məlum olub.

Qeydə alınmış qanunsuz ağackəsmə halı ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb./report

Seçilən
1
5
bakivaxti.az

10Mənbələr