AZ

“SpaceX” ən böyük raketini altıncı dəfə sınaq uçuşuna çıxaracaq

Bakı. Trend:

Amerikanın “SpaceX” şirkəti dünyada ən böyük raketi olan “SuperHeavy” raket daşıyıcısı ilə “Starship” gəmisinin altıncı sınaquçuşuna hazırlaşır. Uçuş noyabrın 18-nə planlaşdırılıb.

Trend şirkətin məlumatınaistinadən xəbər verir ki, “Starship” Yer kürəsi ətrafında bir dövrəetdikdən sonra Avstraliyanın şimal-qərbində - Hind okeanında suyaenməlidir.

“Super Heavy”nin buraxılış kompleksinə enməsi ehtimalolunur.

“SpaceX” oktyabr ayında “Starship”in beşinci sınaq buraxılışınıuğurla həyata keçirib. Şirkət ilk dəfə olaraq raketin birincipilləsini buraxılış meydançasına qaytarmağı bacarıb. Dördüncü sınaqburaxılışı zamanı “Starship” sınaq buraxılışları tarixində ilk dəfəYerə qayıdıb. İlk üç buraxılış uğursuzluqla başa çatıb.

Qeyd edək ki, “Starship” missiyası “SpaceX” tərəfindənhazırlanmış “Super Heavy” raket daşıyıcısı və “Starship” kosmikgəmisindən ibarət super ağır, təkrar istifadə edilə bilən, ikimərhələli sistemdir. Şirkət gələcəkdə gəminin orbitə uça biləcəyinivə zərər görmədən geri qayıda biləcəyinə ümid edir.

Seçilən
63
1
az.trend.az

10Mənbələr