AZ

Zəfər Günü münasibətilə tədbirlər: Hərbi yürüş, konsert və atəşfəşanlıq

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilir.

Oxu.Az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə saat 10:00-dan başlayan yürüş 12:00-a kimi davam edəcək.

Yürüşlər aşağıda qeyd olunan istiqamətlər üzrə təşkil olunacaq:

1-ci yürüş: Heydər Əliyev sarayı - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "Amay" TM;

2-ci yürüş: Şəhidlər xiyabanı - "Alov Qüllələri" - metronun "İçərişəhər" stansiyası - Qala Qapısı - Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

3-cü yürüş: Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı;

4-cü yürüş: "Olimpik Star" - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Sirk - Heydər Əliyev sarayı - Nəsimi heykəli - Neftçilər prospekti;

5-ci yürüş - Nərimanov heykəli - Mərkəzi Park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank - "28 Mall".

Zəfər Günü münasibətilə Bakı şəhəri, Bulvar ərazisi, Saat qülləsinin yanında, Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında, Lənkəranda Heydər Əliyev adına xatirə parkında, Naxçıvanda Heydər Əliyev Muzeyinin qarşısında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Həmçinin, Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı), Heydər Əliyev küçəsi, Sabir küçəsi, Atatürk küçəsində konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.

Saat 19:00-dan 21:00-a kimi isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Bakıda Fəvvarələr meydanında, Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev parkında, Zabitlər və Koroğlu parklarında çıxışları olacaq.

Mənbə: oxu.az

Seçilən
50
5
oxu.az

5Mənbələr