AZ

ABŞ-da üzərində eksperiment keçirilən 40 meymun laboratoriyadan qaçıb

Cənubi Karolina ştatının tədqiqat mərkəzində sınaq subyekti kimi saxlanılan 40-a yaxın meymun qaçıb. polis Hazırda polis onları axtarır və yerli sakinlərdən rastlaşacağı təqdirdə heyvanlara yaxınlaşmamağı xahiş edir.

"Polis çərşənbə günü axşam Cənubi Karolina ştatında araşdırma mərkəzindən qaçan 40 meymunun ardından axtarış aparır", - tədqiqat mərkəzinin açıqlamasında deyilir.

Yerli polis heyvanların beyin xəstəliklərinin müalicəsi də daxil olmaqla klinik sınaqlar üçün meymunlarla işləyən Alpha Genesis şirkətinin tədqiqat mərkəzindən qaçdığını bildirib.

Qeyd olunur ki, şöbə primatların hansı testlərdə iştirak etdiyini və onların hər hansı xəstəliyə məruz qalıb-qalmadığını dəqiqləşdirməyib.

Oxuməni.az

Seçilən
48
oxumeni.az

1Mənbələr