AZ

“Azercell” pay kontur göndərməyə görə xidmət haqqını yarıbayarı artırır

“Azercell Telekom” “Paycell” çərçivəsində göndərilən konturlara görə xidmət haqqını 50 faiz artırır.

İqtisadiyyat.az xəbər verir ki, artım dekabrın 10-dan etibarən qüvvəyə minəcək.

Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrin abunəçilərinin (korporativ abunəçilər daxil olmaqla) istifadəsi üçün nəzərdə tutulmuş “Paycell” xidməti çərçivəsində göndərilən balans payı üçün aşağıda xidmət haqları aşağıda qeyd olunan qaydada tətbiq ediləcək:

                        Balans payı (AZN)

Xidmət haqqı (AZN)

0,20

0,04 (əvvəl 0,02)

0,50

0,10 (əvvəl 0,05)

1,00

0,20 (əvvəl 0,10)

2,00

0,40 (əvvəl 0,20)

5,00

1,00 (əvvəl 0,50)

Bundan əlavə, Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulan “Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı 0,60 AZN olaraq təyin ediləcək və “Xəbər ver” xidməti ödənişsiz təqdim olunacaq. Hazırda “Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı 0,20 AZN, “Buraxılmış zəng və Xəbər ver” xidmətinin aylıq abunə haqqı isə 0,30 AZN-dir

“Buraxılmış zəng” və “Xəbər ver” xidmətini aktivləşdirmək üçün (hər iki xidməti aktiv edir) *608*1#YES yığmaq və ya START+ açar sözünü 6080-ə göndərmək kifayət edir. 

Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək.

Seçilən
13
4
iqtisadiyyat.az

6Mənbələr