7 noyabr 2024-cü il tarixində Bakıda ExpoHome İnşaat Materialları Satış Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Dizayn-Lift MMC-nin direktoru Toğrul Ağayev də iştirak edib.
Açılış mərasimində yerli və beynəlxalq şirkətlər bir araya gələrək tikinti materialları sənayesinin inkişafı və tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Toğrul Ağayev, tədbir çərçivəsində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təsisçisi olan Mətanət A şirkətinin stendini də ziyarət edib. Bu görüş zamanı şirkətin istehsal etdiyi məhsullar, yeni texnologiyalar və tikinti materialları sahəsində mövcud olan inkişaf perspektivləri barədə ətraflı məlumat alıb.
ExpoHome İnşaat Materialları Satış Mərkəzi, yerli və xarici şirkətlərin iştirak etdiyi bu cür tədbirlər vasitəsilə Azərbaycanın tikinti sənayesindəki yenilikləri, keyfiyyətli materialları və inşaat texnologiyalarını geniş ictimaiyyətə təqdim etməyi hədəfləyir. Bu kimi tədbirlər sektorun inkişafı və yerli istehsalçıların beynəlxalq bazarda tanıdılması üçün mühüm rol oynayır.