AZ

Amerikada 43 meymun tədqiqat laboratoriyasından qaçıb

Amerikada 43 meymun tədqiqat laboratoriyasından qaçıb

ABŞ-ın Cənubi Karolina ştatında tədqiqat müəssisəsindən 43 meymunun qaçdığı bildirilib. Hadisə gözətçinin meymunların qəfəsinin qapısını açıq qoyması nəticəsində baş verib.Rhesus makaka meymunları tibbi testlər və araşdırmalar üçün primatlar yetişdirən "Alpha Genesis" adlı şirkətdən qaçıb və Cənubi Karolinanın Loukauntri əyalətinə yerləşiblər.Səlahiyyətlilər sakinlərdən qapı və pəncərələri möhkəm bağlı saxlamağı və meymunları görəndə dərhal xəbər vermələrini istəyib. Qaçan meymunlar təxminən 3,2 kq ağırlığında gənc və dişi olaraq təsvir edilib.Yemasi polis idarəsi şirkətin meymunları tapmaq üçün səylərini davam etdirdiyini və təhlükəsizlik məqsədilə qidadan istifadə edərək meymunları tutmağa çalışdıqlarını açıqlayıb.Polis vətəndaşlara meymunları tutmağa cəhd etməmələri barədə xəbərdarlıq edib. Əraziyə tələlərin qurulduğu və meymunların termal kameralarla izləndiyi bildirilib."Alpha Genesis"in baş direktoru Qreq Vestergard, hadisənin məyusedici olduğunu və meymunların obyektə qayıdacaqlarına ümid etdiklərini söyləyib.Səlahiyyətlilər qaçan meymunların hələ sınaqdan keçirilmədiyini və böyüklüklərinə görə xəstəlik daşıma ehtimalının az olduğunu bildiriblər. Yemassi polis rəisi Qreqori Aleksandr meymunların ictimaiyyət üçün böyük təhlükə yaratmadığını bildirib.Mənbə: BBC

Seçilən
42
afn.az

1Mənbələr