Bir qrup Babək qəsəbə sakini deyir ki, şirkətlər üçün yük daşıyan ağır tonlu maşınların səbəb olduğu toz-torpaq onlara normal yaşamğa imkan vermir, yaşıllıqları məhv edir. Həmin maşınlar yükü qəsəbənin yaxınlığından keçən, əsasən Qoşadizə məhəlləsinə yaxın olan torpaq yolla daşıyırlar.Sakinlər “Gündəlik Naxçıvan”a bidirirlər ki, yolun asfatlanması, yaxud kənardan çəkilməs ilə bağlı aidiyyəti qurumlara müraciətlər etsələr də nəticəsi olmayıb.Bu yolda yük daşıyıb, sakinləri narahat edən avtomobillərin əksəriyyəti Daş Məhsulları Sənaye Kompleksinə aiddir. Sakinlər bildirirlər ki, bu kompleks yüksək vəzifəli məmurların himayəsində olduğundan, baş verənlər göz yumulur:“Qonşu Tumbul kəndi ərazisində Daş Məhsulları Sənaye Kompleksi açılandan bəri günümüz gün deyil. Şirkətin maşınlar bizi hər gün toza basır. Evilər toz-torpaq içində, ağaclarımız quruyur. Nə məhsul götürə bilirik, nə ot biçə bilirik, hər şey məhv olub, gedir.Bu hal həm də insanların sağlamlığına ciddi ziyan vurur. Dəfələrlə aidiyyatı qurumlara, şirkətin özünə şikayət etmişik, heç bir nəticəsi olmayıb. Yolu asvaltlamaqla, problemi həll etmək olar. Bunun etmək üçün isə, xərc çəkmək istəmirlər. Onlar üçün insan həyatının, yaşıllığın heç bir önəmi yoxdur. Yalnız, ciblərini düşünürlər”.Daş Məhsulları Sənaye Kompleksi Arkoz Holdinqin tərkibində fəaliyyət göstərir. Bu holdinqin Gömrük Komiəsinin keçmiş sədri Səfər Mehdiyevə məxsus olduğu bildirilir
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta