AZ

Peru Futbol Federasiyasının prezidenti həbs edildi

Peru Futbol Federasiyasının (FPF) prezidenti Aqustin Losano həbsə alınıb və məmuru 20 il müddətində türmə həyatı gözləyir.

Arena.az bu bardə “Infobae” dərgisinə istinadən məlumat verir.

Aqustin Losano korrupsiyaya qarşı mübarizə prokurorluğunun nümayəndələri və milli polisin agentləri tərəfindən cinayət təşkilatında iştirak ittihamı ilə həbs edilib.

Mənbənin məlumatına görə, Losano “Los-Qalaktikos” cinayət təşkilatına rəhbərlik etməkdə şübhəli bilinir və Peru milli yığma komandasının oyunlarına biletlərin təkrar satışında dövlətin zərərinə qanunsuz varlanma, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham edilir. Losano işi üzrə ümumilikdə 9 nəfərin həbs edildiyi, daha 4 müttəhimin isə axtarışda olduğu bildirilir.

Vurğulanır ki, Losano başda olmaqla, məhkəmə işinin digər iştirakçılarını 20 ilə qədər həbs cəzası və həmçinin əmlakı müsadirə edilməklə cərimələr gözləyir. Hazırda istintaq davam edir.

Seçilən
8
1
arena.az

2Mənbələr