AZ

Zəfər Günü Pirallahı rayonunda böyük təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli Sərəncamına əsasən, “8 Noyabr - Zəfər Günü” ölkə ərazisində olduğu kimi, Pirallahı rayonunda da böyük təntənə ilə qeyd edildi. Noyabr ayının ilk günlərindən etibarən rayonun bayram əhval-ruhiyyəsində bəzədilməsi üçün müxtəlif hazırlıqlar görülmüş, Gürgən qəsəbəsinin girişində, Qala Divarlarının üzərində və mərkəzi yol boyunca dövlət bayraqları asılmış, Zəfərimizin rəmzi olan “Xarı bülbül” emblemi bilbordlardanümayiş etdirilmişdir. Eyni zamanda, mərkəzi küçələrdə yerləşən binaların eyvanlarında da şanlı bayrağımız asılmışdır. SİA xəbər verir ki, həftə ərzində rayonun təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliği məqsədilə silsilə tədbirlər və idman yarışları təşkil edilmiş, Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilmişdir. Bu tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Aparatının əməkdaşları iştirak edərək çıxışlar etmişlər.

8 noyabr 2024-cü il tarixində isə Zəfər gününün təntənəli surətdə qeyd olunması üçün Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, Pirallahı rayonundan seçilmiş millət vəkili, YAP Pirallahı rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin iştirakı ilə “Vətən uğrunda” abidə kompleksinin qarşısında gülqoyma mərasimi keçirilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Daha sonra rayon məktəbliləri tərəfindən hazırlanan “Qarabağ Sən Azadsan!” flaşmobuna baxış keçirilmişdir. Yüksək əhval-ruhiyyədə keçirilən flaşmobdavətənpərvərlik ruhunda şüarlar səsləndirilmişdir. Tədbirlər Gənclər Mərkəzinin birinci mərtəbəsində 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilən “Zəfər Günü” mövzusuna həsr olunmuş 20 ədəd rəsm əsərindən ibarət sərgi ilə davam etmişdir. Sərgi maraqla qarşılanmışdır.

Daha sonra ümumrayon tədbirinin rəsmi hissəsi başlamışdır. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan mərasimdə RİH başçısı Vasif İmanovvə millət vəkili Günay Əfəndiyeva çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqının şanlı Qələbəsi, 44 günlük Vətən müharibəsində əldə olunan zəfər, yalnız hərbi gücün və qətiyyətin deyil, həm də milli birliyin, əzmkarlığın və Vətənə sonsuz sevginin təntənəsidir. Bu zəfər xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin ən yüksək zirvəsidir və hər bir azərbaycanlı bu böyük qələbəni qürurla qeyd edir. Noyabrın 8-i tariximizdə əbədi olaraq qalacaq, çünki bu gün biz Azərbaycanın müstəqil və suveren dövlət olaraq qürurlu gələcəyinə əmin addımlayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu zəfər, həm də ərazi bütövlüyümüzün bərpası, milli ləyaqətimizin və gücümüzün nümayişidir. Bu müharibə göstərdi ki, Azərbaycan xalqı hər zaman öz torpaqlarını müdafiə etməyə, azadlığa sahib çıxmağa hazırdır. Həmçinin, vurğulanmışdır ki, bu zəfər şəhidlərimizin və qazilərimizinverdiyi müqəddəs savşla, qanla - canla qazanılmışdır.

Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi baş tutmuşdur. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən bədii hissə rəngarəng çıxışlarla yadda qalmışdır.

Sonda şəhid övladlarına hədiyyələr təqdim olundu və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı, tədbir iştirakçıları, mədəniyyət xadimləri və uşaqlar birgə xatirə şəkli çəkdirdilər.

Seçilən
38
36
sia.az

10Mənbələr