"Əli Mirəliyev nə danışdığını bilmir".
Bu sözləri Əməkdar artist Elşad Qarayev News24.az-a açıqlamasında deyib. O qeyd edib ki Əli Mirəliyevin efirə gələcəyindən xəbərsiz olub:
“Mən Aftandil İsrafilovun yanında uzun illər çalışmışam, onun ailəsindən də soruşa bilərsiniz. Bilirsiniz, efir mədəniyyəti olmalıdır, günah Əli Mirəliyevi efirə buraxandadır. Ola bilər ki, mənimlə qalmaqal yaradıb reytinq yığır, amma efirdə nalayiq ifadələr işlətmək düzgün deyil axı, etika deyilən bir şey var. Onu oradan uzaqlaşdırmaq lazım idi, kanalın rəhbərliyi və aparıcı İlqar Mikayıloğlu onunla bağlı anında tədbir görməli idi. Özüm də zəng etdim kanalın rəhbərliyinə iradımı bildirdim. Başqa nə deyim axı...
Tək mən deyiləm, bu hamının bostanına daş atır. Efirdə "ala-ala" danışmaq düzgün deyil. Onun yaşına yaraşmır, bizə milyonlarla insan baxır, xarici ölkələrdə baxırlar, gəlib şəxsən kənarda mənimlə söhbət etsəydi başqa məsələ. Onun belə danışığına görə həmin kanaldan işdən uzaqlaşdırıblar. Əli Mirəliyev belə olur da, başqa cür ola bilməz. Mən xalqımı çox istəyirəm, xalqım bilir ki, kim meymundur, kim sənətkar”.
Qeyd edək ki, bir neçə gün öncə Əli Mirəliyev canlı efirdə Elşad Qarayevin ünvanına xoş olmayan ifadələr səsləndirib.
Ağa