AZ

Məhəllə yollarında təhlükəsizlik kəməri taxılmalıdır? - Polis mayorundan AÇIQLAMA

Bir çox insanı maraqlandıran məsələ məhəllə içində kəmər taxmağın vacib olub-olmamasıdır.
 
Müzakirəyə səbəb olan məsələ ilə bağlı BŞDYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Milli.Az-a açıqlama verib. O, saytımıza açlqlamasında sözü gedən məsələyə aydınlıq gətirib.
 
A.Əsgərlinin sözlərinə görə, bir çox sürücülər bu məqama diqqət yetirmirlər:
 
 
"Avtomobili idarə etməzdən əvvəl təhlükəsizlik kəmərini taxıb, sonra hərəkətə keçmək lazımdır. Məhəlləarası yollar, qəsəbə və kənd yolları fərq etmir, təhlükəsizliyi təmin etmək üçün yol hərəkəti qanunlarına əsasən, hər bir halda kəmər taxılmalıdır. Yüksək sürətə malik magistral yollarda olduğu kimi, məhəllə və ya şəhər içində də qəza baş verə bilər və təhlükəsizlik kəməri həyatı qorumağa kömək edə bilər. Xüsusilə, avtomobilin sürəti aşağı olsa belə, qəza və ya təcili vəziyyətlərdə kəmər taxmamaq ciddi xəsarətlərə səbəb ola bilər".
 
Seçilən
47
15
moderator.az

10Mənbələr