AZ

DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.

Seçilən
7
28
ikisahil.az

10Mənbələr