İqtisadiyyat üzrə Nobel mükafatı aldıqdan sonra ilk dəfə Türkiyəyə gedən Daron Acemoğlu “Brand Week İstanbul”da iqtisadiyyat və süni intellekt kimi bir çox sahədə qiymətləndirmələr edib.
Publika.az xəbər verir ki, Acemoğlu ABŞ-dakı gəlir bərabərsizliyindən tutmuş, süni intellektin iş bazarına təsirlərinə qədər mühüm detallara diqqət çəkib.
O, ABŞ iqtisadiyyatının böyüməsinə baxmayaraq gəlir bərabərsizliyinin artdığını qeyd edib:
“Bu uçurum 1980-ci ildən 2015-ci ilə qədər sürətlə genişləndi. ABŞ tarixində əhalinin demək olar ki, yarısının artımdan pay almadığı ikinci dövr yoxdur. 2050-ci ilə qədər dünya əhalisi pik həddə çatacaq. Daha sonra azalma tendensiyası gedəcək. Türkiyə də bu yaşlanma tendensiyasından təsirlənəcək.