AZ

Hacı Əliyev: “Hələ də aydınlaşdıra bilmirəm ki, kim kimlə oynayır”

"Qələbənin Zəfər Gününə təsadüf etməsi, Toral Bayramovun qolunun turun ən yaxşısı seçilməsi xüsusilə sevindiricidir".

Bunu İdman.bizə dünya və Avropa çempionu Hacı Əliyev deyib.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Bodo Qlimt” üzərində qələbəsini şərh edən sabiq güləşçi bildirib ki, Toral Bayramovun qolu möhtəşəm alınıb: "Bütün "Qarabağ" azarkeşləri kimi mən də dünənki oyuna həyəcanla baxırdım. Olduqca maraqlı bir oyun izlədik. Bildiyiniz kimi, Avropa Liqasının formatında dəyişikliklər olub. Hələ də mən aydınlaşdıra bilmirəm ki, kim kimlə oynayır. Bu format həm maraqsızdır, həm də çətin. "Qarabağ" komandasına növbəti oyunlarda da uğurlar arzulayıram".

Qeyd edək ki, “Qarabağ” rəqibini səfərdə 2:1 hesabı ilə məğlub edib.

Aytac Sahəd
İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr