“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı və agenti Vanda Naranın reper L-Gante ilə öpüşdüyü zaman yayılan videoya reaksiya verib.
Publika.az xəbər verir ki, reperin klipində yer alan Nara barədə İkardi bildirib: “O, bütün dünya üçün gülüş obyektidir”.
Xatırladaq ki, Vanda bu yaxınlarda reper L-Qante ilə münasibəti ilə bağlı bütün şayiələri təsdiqləyib. Argentinalı model daha əvvəl yalnız dostluqdan danışaraq gənc oğlanla hər hansı əlaqəni inkar etmişdi.
Bu ilin iyulunda Vanda Nara İkardidən ayrıldığını açıqlayıb. Bu, ilk belə elan deyil. Əvvəllər cütlük bir neçə dəfə ayrıldıqlarını bəyan edib, sonra yenidən bir araya gəliblər.