"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yay təlim-məşq toplanışında klubun prezidenti Joan Laportaya istəyini çatdırıb.
“İki sahil” xəbər verir ki, "Relevo"ya istinadən xəbər verir ki, 59 yaşlı almaniyalı mütəxəssis Laportadan məşqlərə gələndə idman paltarında olmasını xahiş edib. Rəhbərlik isə istəyi anlayışla qarşılayıb və buna əməl edib.
Qeyd edək ki, Hans-Diter Flik "Barselona"ya yayda təyin olunub. Kataloniya klubu hazırda turnir cədvəlində 33 xalla 1-ci yerdədir.