Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində fərdi yaşayış evinin hamam otağında gənc qadın dəm qazından zəhərlənərək ölüb. Manset.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 32 yaşlı Nuranə Şıxəliyeva qonaq gəldiyi evin hamamında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.